Əsas Səhifə / Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ağac əkdi – FOTO

17-03-2017, 21:37

Martın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb.

“Məktəb bağları” layihəsinə Xəzər rayonunun 234 nömrəli məktəbindən start verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə bu məktəbin həyətində 100 ədəd badam, nar və gavalı ağacı əkildi. IDEA İctimai Birliyi, FAO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində 8 rayonun – Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatalanın orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Rayonların iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5 minə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.





Administratorla əlaqə

077 611-55-22

[email protected]