Xəbərlər

Polis avtomobili ilə kobud qayda pozub təhlükə yaradırlar – VİDEO

31-03-2017, 12:50

Xeberman.com Avtosfer.az-a istinadən məlumatına görə, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Sürücülər yolun həmin hissəsində, demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşır.

Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur.

Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda, patrulun avtomobilində həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyyətdə olmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]