Yazarlar

Nicat Ülfətoğlu nun yeni hekayəsi “Dost” adlı sevgi

26-03-2017, 23:58
Nicat Ülfətoğlu nun yeni hekayəsi “Dost” adlı sevgi
Darıxırdım… Gəzməklə ovunur insan belə anlarda.Lakin sevgilisiz gəzmək də bir yerə qədər maraqlı olur. Çarpayımda uzanıb yırğalanırdım həmin gecə.Dostumdan zəng gəldi:

-Tədbir var,-dedi,-kitab təqdimatı.Bilrlikdə gedək.Bir jurnalist kimi bazarı xatırladan kitab təqdimatlarında iştirak eləməyi xoşlamasam da tək qalmaqdansa təkliflə razılaşmalı oldum.

Bu tədbir kitab təqdimatından daha çox “V” şəklində düzülən durnaların qatarına oxşayırdı.

Dözülməzdir yazıçının beyninin məhsulunu bu qədər dəyərsizləşdirməyi:təqdimat adıyla imzalı kitablar satmağı.İmza və satış mərasimi bitənə qədər birtəhər dözdüm.Daha səbrim çatmırdı.Gözlərim dostumu axtardı.Onunla sağollaşmaq,evə qayıtmaq istəyirdim.O bir qurup yazarla salonun küncünə çəkilmişdi və şairə dostlarının şeirini təhlil eləyirdilər.Həmin şairə qızın dilindən eşitdiyim misra diqqətimi çəkdi;

“Bütün sevənlərə hökm edən gücüm

bu eşqin önündə qolubağlıdır.

İstəsən ömrümün dar ağacı ol,

səndən asılmaq da etibarlıdır.”

Mən də müzakirələrə qoşuldum.Sualla başladım.Şair qızdan soruşdum:

-Mən anlaya bilmirəm,əgər şair sevmirsə belə misraları necə yarada bilər?

-Sevmədən də yaza bilər,-o,cavab verdi,-sevgililəri müşahidə eləməklə.

Söhbətin sonuna qədər mən artıq ona vurulduğumu anladım.

*

Dostum məni evlərinə çağırmışdı.Sən demə o,şair qızı,başqa doslarını da çağırıbmış.Yenicə əyləşmişdik və dostumun kiçik qızı çay süfrəsi açırdı.Qapıları döyüldü.Sən aç,qapını,-dedi mənə. Açdım və baxışlarımız toqquşdu.Onu içəri dəvət eləməyi unutmuşdum,az qala,əgər təəccüblü baxışını xoş təbəssümlə əvəz eləməsə-gülümsəməsə idi.

Dostlar yaradıcı müzakirələr,poemikalara qapıldılar.Mənim isə heç nə umurumda deyildi-şair qızdan başqa.Xəyallarım məni onunla quracağım isti yuvaya aparmışdı.

Mən ayılanda o:-Artıq gecdir,mən gedim,- dedi.

-Mən də gedirəm,-ayağa qalxdım və dostuma dedim.

-Birlikdə gedək,-şair qız dostumdan qabaq dilləndi.

Metro stasıyasına düşdük.Telefon nömrəsini aldım.Zəngləşirdik tez-tez.Mən ona sevgimi də etiraf eləmişdim.O isə; “biz dostuq,dost kimi qalaq”- deyirdi hər dəfə.

Mən valideyinlərimə sevdiyim qızın olduğunu deyəndə çox sevindilər,araşdırdılar,nəhayət,qızın özün tanıdılar,və qapısını döydülər.

Mən hələ də anlaya bilmirəm;biz nişanlanmışıq və o,hələ də “dostuq” deyir.Fikirləşirəm,görəsən,sevgi nədir?Sevgi birinin qəlbində dostluq,digərində məhəbbət kimimi təzahür edir?Dostluq və sevgi hər ikisi məhəbbətin təzahürü deyilmi?

Mən bu suallara cavab tapa bilməsəm də-sonunda sevilməyi bacarmışam-sevgilimin “dostluq” dediyi sevgini.Sonunda hər ikisinin nüvəsini məhəbbət təşkil edir.

P.s. Əgər dostumsansa,ürəyində yerim var -sevirsən demək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]