Mədəniyyət
Sona Vəliyevanın “Arazbarı” kitabı Tatarıstanda
12-02-2017, 20:02
Trend-in məlumatına görə, təqdimat mərasimi Tatarıstanın Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara S.Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.