Xəbərlər

Rusiya Ermənistana hərbi texnika daşıyır Gürcüstan mediası / VİDEO+FOTOLAR

23-03-2017, 13:53

BakiPost.az xəbər verir ki, bu iddia ilə Gürcüstan mətbuatı çıxış edib.
"Newsgeorgia.ge” saytı Bolnisi rayonundan Ermənistana doğru hərəkət edən Rusiya dövlət nömrə nişanlı yük avtomobillərinin hərbi texnika daşıdığını yazıb.
Rusiya Ermənistana hərbi texnika daşıyır Gürcüstan mediası / VİDEO+FOTOLAR
Məsələ ilə bağlı müxalif yönümlü "Vahid Milli Hərəkat” partiyasının lideri Nuqzar Tsiklauri faktla bağlı prezident və dövlət qurumlarından açıqlama tələb edib. O, Gürcüstandan keçən həmin yük maçınlarının hansı istiqamətə getdiyi və konkret nə daşıdığı barədə ictimaiyyətə məlumatın verilməsinin vacib olduğunu söyləyib:

"Hazırda Bolnisi rayonunda olan dostlarımız mənə bildirdilər ki, həmin yük maşınlarının hərbi texnika daşıdığı ehtimal olunur”.

Nuqzar Tsiklauri əlavə edib ki, bu gün keçiriləcək Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasında da bu məsələnin mütləq müzakirə olunmasını tələb edəcəklər.




Administratorla əlaqə

077 611-55-22

[email protected]