Gündəm

CƏBHƏÇI GƏNC AZADLIQDA

22-03-2017, 00:15
CƏBHƏÇI GƏNC AZADLIQDAAXCP fəalı, ötən ay 30 sutka inzibati həbsə məhkum edilmiş Amil Məmmədzadə martın 21-də azadlığa buraxılıb. Onun cəza müddəti başa çatıb.

Azadlığa çıxan gənc həbsinin əsassız olduğunu, polisə tabe olmamaq ittihamının qurama olduğunu bildirib.

A.Məmmədzadəni fevralın 19-da Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları saxlamışdılar. Suraxanı rayon Məhkəməsi cəbhəçi gənci polisə tabe olmamaqda günahkar bilib, 30 sutka inzibatı həbslə cəzalandırmışdı. Yuxarı məhkəmə həmin qərardan verilmiş apellyasiya şikayətini rədd etmişdi. A.Məmmədzadənin vəkilləri bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]