Gündəm

AXCP-nin daha bir gənc fəalı həbs edildi

21-02-2017, 00:14
AXCP-nin daha bir gənc fəalı həbs edildiAXCP-yə qarşı repressiya davam edir. Partiyanın Suraxanı şöbəsinin fəalı Amil Məmmədzadə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

A.Məmmədzadə fevralın 19-da saxlanılııb. Onu Suraxanı RPİ 30-cu polis bölməsinə guya radara düşdüyü adı ilə çağırıblar. O da saat 13 radələrində bölməyə gedib ki, məsələni aydınlaşdırsın. Lakin bölmədə onu saxlayıblar. Fevralın 20-də isə A.Məmmədzayə Suraxanı məhkəməsinin qərarı ilə “polisə müqavimət göstərdiyi üçün” 30 sutka inzibati həbs veriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]