Xəbərlər

“Xeyr” deyən bu şəhid atası terrorçudurmu?” - Dəniz Baykal

21-03-2017, 19:28

Baykal çıxışında: “Prezident və Baş nazir ekranlara çıxdıqları zaman millətin yarısına söyüş söyür. Necə? “Terrorçu” deyir, yaraşar mı? Bir Prezidentə xalqa “terrorçu” demək yaraşarmı? Bayaq məni qarşılayanların arasında bir şəhid atası idi. Şəhid atası “içim qan ağlayır” deyirdi. “Mən “xeyr” deyəcəyəm, mənə kim, necə “terrorçu” deyə bilər” deyirdi. İndi mən Bartından deyirəm, mən “xeyr” deyəcəyəm.

Mənə terrorçu deyənin alnını ovaram. Bu, bir haqdır, haqq. Hər kəs haqqını istifadə edəcək. Referendum qərarını sən vermisən, millətin önünə 2 variant qoymusan. Biri “bəli”, biri “xeyr”. “Xeyr” deyən terrorçudur, bu nə olan işdir. ”

Baykalın danışığı zamanı şəhid atası 67 yaşlı Mustafa əlindəki Türk bayrağı ilə platformaya çıxdı. Şəhid atasını yanına çəkərək danışan Baykal: “Hörmətli cənab prezident, bu şəhid atası terrorçumu? Bilmədən terroramı alət olur? Sənə qarşı çıxmaq terrora “bəli” deməkmi? Hörmətli prezident, yaraşarmı sizə bu?” dedi.

azadliq.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]