Yazarlar

Siyasi fəal Zəfər Əhməd həkim, polkovnik Habil Şirinovu ad günü münasibət ilə əlaqdar olaraq təbrik edir

16-03-2017, 19:49


Siyasi fəal Zəfər Əhməd həkim, polkovnik Habil Şirinovu ad günü münasibət ilə əlaqdar olaraq təbrik edir. Xeberman.com saytı həmin təbrik yazısını oxuyuculara təqd
im edir.
Bu gün Habil Şirinovun ad günüdür. Kimdi bu Habil Şirinovu və niyə standart təbrik burda keçmir?

Habil bəy Tibb universitetini fərqlənmə ilə bitirib və 1989-cu ilin sentyabrından Qarabağa yollanıb, 1991-ci ilin 23 sentyabrına kimi Ağdərənin İmarət-Qərvənd (Kərəmli) kəndinin müdafiəsini quranlardan biri olub. Erməni-rus birləşmələri hər tərəfdən kəndə hücum edəndə və müdafiəçilərin harayı hakimiyyətdəki xainlərə çatmayanda əhalini meşə yolu ila Ağdabana çıxarıb, kəndin özünümüdafiə dəstəsi ilə düşmənin qarşısını kəsib və Hinas dərəsinin üstündən ermənilər köçü təqib etməkdən əl çəkib ,geri qayıdıb.Bu iki ilin hamısını ailəsini və iki uşağını da İmişlidən Kərəmliyə aparıb orada saxlayıb, yəqin bu səbəbdən 91-ci ildə Kərəmli düşmən əhatəsində gördüyüm yeganə kənd idi ki, bir nəfər də kənddən çıxmamışdı...
91-ci ilin sentyabrından 92-ci ilin may ayına kimi Ağdərənin bizdə olan (şımaldan, Kəlbəcər tərəfdən) yeganə kəndi Çərəkdarda həm baş həkim olub, həm də kəndin müdafiəsini təşkil edib. Aprel Ağdaban döyüşü də daxil olmaqla, mayın 3-də bizim Səlyan könüllülərini Söyüdlü zastavasının müdafiəsinə göndərənə kimi gecə-gündüz bizimlə olub, bütün döyüşlərdə əlində "çexoslavak" AKM-i ön səngərdə olub. (5,45-i bəyənmirdi Mayın 9-da düşmənin 5 helikopterinin olduğumuz mövqeyi NURS və pulemyotla, eyni vaxtda zirehli texnikadan "şumladığını" eşidib gecəynən özünü yanımıza yetirb, 4-5 Nadirxanlı döyüşçüsü və bir litr Yunus müəllimin zoğal arağı ilə
Əfsanəvi döyüşçü qardaşlarımız Ramiz Eliyev, Qurban Qurbanov və başqaları ilə birgə ən təhlükəli mövqelərdə olub, Ağqaya, Narışdar, Məcməy, Çərəkdar, Ağdaban kəndlərində yəqin ki bütün əməliyyatlarda iştirak edib.
Mən bilən kəlbəcərli olmayan yeganə döyüşçüdür ki, Kəlbəcərin müdafiəsinin ilk günündən işğala kimi Kəlbəcərdə olub.
89-un dekabrında ərzaq və sursatla dolu üç maşını Ağdərənin içindən keçirib Çərəkdara çatdırma əməliyyatımıza başçılıq edib, bu işə görə dostlarımız bizi "başdanxarab" elan edib! :-D Ümumiyyətlə, Səlyandan Kəlbəcərə silah, sursat, ərzaq və canlı qüvvə ilə nə qədər yardım olunubsa, Habilin, Ədalət Yusubovun və İlham Həsənin təşkilatçılığı sayəsində başa gəlib, əlbətdə ki, Səlyan və Kəlbəcər oğullarının iştirakı ilə.
Belə...
Əziz qardaşım, həkim, polkovnik Habil Şirinov! Səni öz adımdan, ailəm, 89-ci ildən səni əmi sayan balalarımın (Fuad 90-da olub, gözünü açandan boyevikliyi səndən öyrənib adından 59 yaşın münasibəti ilə təbrik edirəm! Sənə övladların, nəvələrinlə birlikdə firavan həyat, sağlamlıq, səadət və Azad ölkədə yaşamaq arzu edirəm! Həmişə belə cavan qal! Allah tezliklə səni bugünkü sıxıntılarından qurtarsın. Gələn ad gününü Çərəkdarda qardaşlarımızla keçirək!

Administratorla əlaqə

077 611-55-22

[email protected]