Əsas Səhifə / Media

Keçmiş ANS-çidən prezidentə müraciət: "Məktublarımı sizdən gizlədirlər..."

12-03-2017, 20:05
Xeberman.com xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb. O, kömək üçün prezident İlham Əliyevə müraciət edib:

"Çox hörmətli Ali Baş Komandan, cənab Prezident, 25 ildən çoxdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki "Ulduz" hərbi yataqxanasında yaşayıram...

Hərbi jurnalistəm və 1993-cü ildən cəbhədən və ordu quruculuğundan AzTV-də efirə gedən "And" verilişini, son 6 ildə isə ANS-də "Marş" hərbi-vətənpərvərlik verilişini hazırlamışam.
İndi işsizəm. Xərçəng xəstəsi həyat yoldaşımla müdafiə nazirliyinin yataqxanasında çətin məişət şəraitində yaşayıram...

Mətbuat rəhbərlərimiz fəaliyyətsiz olduğundan və dəfələrlə yazdığım müraciət məktublarını sizdən gizlətdiklərindən Sizə burdan müraciət etməli oldum...

Köməyinizə ehtiyacım var...

Administratorla əlaqə

077 611-55-22

[email protected]