Kriminal

Yol polisinin oğlu yol qəzasında öldü

12-03-2017, 16:54
Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.

Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi "Traktor" yolun kənarında dayan "Vaz 2106" markalı maşına çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən gənci atası uzun müddət yol polisi işləyib.

Fakt araşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]