Xəbərlər

Prezident İlham Əliyev İrana rəsmi səfəri başladı - Foto

5-03-2017, 12:17

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, prezident İlham Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]