Xəbərlər

Düşmənə məxsus PUA məhv edildi - Foto

2-03-2017, 18:31

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]