Reportaj

Bu cür şərəfsiz konpaniyaları heç kim cəsarət edib həyata keçirdə bilməz (FOTO)

25-02-2017, 23:52
Bu cür şərəfsiz konpaniyaları heç kim cəsarət edib həyata keçirdə bilməz (FOTO)Xeberman.com-un verdiyi məlumata görə həbsdə olan jamaz saytının baş redaktorunun həyat yoldaşı Faiqə Nosrəti mətbuat konfransı keçirdi.Mətbuat konfransının əsas mövzusu 24 fevral tarixində ona çox saylı zənglərin olması ilə bağlı,öz şəxsi nömrəsini saxta facebook profillərdə paylanması ilə bağlı danışıb.O həmçinin qeyd etdi ki,bu birinci dəfə deyil, təziq və təhqirlərə məruz qalırdı.F.Fəraməzoğlu həbs olunan gündən bəri dəfələrlə bu cür şantaj,təhdidlərə məruz qalımışam.Misal üçün tanımadığım şəxslər dəfələrlə gecə vaxtı qapını döyüb.Kimliyini soruçmuşam cavab verməyib qaçıblar.Polisə müraciət etmişəm,amma həmin şəxsləri tapmayıblar.BMCMİ-də yoldaşımı mənimlə hədələyiblər,deyiblər ki,sən qol çəkməsən yoldaşın maşınla qəza keçirə bilər.Mənim özümü BMCMİ-nin müstəntiqi Hacı Əfəndiyev hədələyib ki,yazdığını silməsən,təkzib verməsən uşaqları əlindən alarıq.İndi belə başa düşürəm ki,hədədən,şantajdan hücuma keçiblər.Faiqə xanım bildirdi ki,dünən F.Fəraməzoğlunun məhkəməsi idi.Həmin məhkəməyə ifadə vermək üçün BMCMİ-nin əməkdaşları da gəlmişdi.Yoldaşımla üzləşərkən şərəfsiz dedi. Yoldaşımda haqlı olaraq şərəfsiz sözünü onun özünə qaytardı. BMCMİ-nin əməkdaşları yoldaşımı prokrorun,hakimin,jurnalistlərin və digərlərinin yanında rəsmən hədələdi.Həmin günün axşamı da məlum hadisələr oldu.


Hüquq müdafiəçisi Oqtay Gülaliyev də baş redaktor Fikrət Fəraməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti xanımın son 7 ayda üzləşdiyi təzyiqlər, təhdidlər, şantajlar barədə danışdı .

Faiqə xanım üçün edilməyib,ümumilikdə Azərbaycan qadını üçün edilib (FOTO VİDEO)


O bildirdi ki,Faiqə xanım əslən Güney Azərbaycandadır, Təbrizdəndir. Fikrət bəylə ailə qurub 10 ildir ki, Bakıda yaşayır. Həyat yoldaşı F. Fərəməzoğlu həbs olunanda etiraz səsini qaldırdığına görə onu həbslə qorxutmağa cəhd etdilər, alınmadı. Tanımadığı adamlar gecə vaxtı evinə girmək istədi. Sonra xarici ölkə vətəndaşı olduğuna görə övladlarını əlindən alıb deportasiya etməklə təhdid etdilər. Bu da alınmadı. Vəkil Elchin Sadıqovla haqqında xoşagəlməz şayələr yaydılar. Bu da alınmayanda indi də onun telefon nömrəsini Facebook- da paylaşıb qeyri- əxlaqi zənglər etdirir, mesajlar yazdırtdırırlar.

Əxlaqsız yuvaları saxlayan məmurları ifşa etdiyinə görə həbs olunan, işgəncələrə məruz qalan bir jurnalisti sındırmaq üçün gözümüzün qarşısında onun xanımına qarşı mənəvi terror həyata keçirilir. Görün bu ölkə hardan- hara gəldi. Siyasi mühacir Orduhan Temirhanın tənqidi çıxışlarına görə bacıları polisə aparılıb təzyiqlərə və hədə- qorxulara məruz qalır. AXCP-nin Şəki şöbəsinin fəalı, hazırda Bakıda yaşayan Rauf Əbdürrəhmanlının bacısı Gültəkin Hacıyeva intihar həddinə çatdırılır. KXCP fəalı Nisehanım Veliyeva zorla polisə gətirilir, Facebook- da yazdığı yazıları sildirilir. Mətbuatda tənqidi yazıları, məhkəmə salonlarında isə çıxışları ilə məmurları ifşa etdiyinə görə Fikrət Fərəməzoğlundan qisas almaq və onu susdurmaq üçün xanımını şantaj və təhdid edirlər.

Faiqə xanım üçün edilməyib,ümumilikdə Azərbaycan qadını üçün edilib (FOTO VİDEO)


Dostlar, bu eybəcərliyə, naqisliyə susmaq olmaz. Görün vicdansızlıq hansı həddə qədər inkişaf edib ki, indi də xanımları aşağılayır, ləkələyir və onlardan qardaşlarına, ərlərinə qarşı alət kimi istifadə etmək istəyirlər.

Mənə çox maraqlıdır ki, niyə ziyalılarımız susur? Niyə onların səsi gəlmir? Onların danışması üçün bu ölkədə daha hansı haqsızlıq, qeyri- əxlaqi hadisələr baş verməlidir?
Niyə Bütöv Azərbaycan ideyasından, 40 milyonluq Güneyli soydaşımızın haqqının qorunması iddiasından dəm vuranlar Bakıda bir Təbrizli xanıma qarşı həyata keçirilən bunca iyrəncliklər, haqsızlıqlar və qanunsuzluqlar haqqında bir kəlmə danışmır?

Susmayın, danışın əziz həmvətənlər! İnsan susduqca, rəzilliyə göz yumduqca onun əlindən hər şeyini alırlar.

Faiqə Nosrəti xanıma qarşı həyata keçirilən qeyri- əxlaqi hərəkətləri pisləyir, bu hərəkətlərin durdurulmasını və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edirik!
Hüquq müdafiəçisi Elşən Həsənov jamaz saytının baş redaktorunun həyat yoldaşı Faiqə Nosrətiyə edilən bu qeyri -əxlaqi zəngləri facebookda profillərdə nömrələrinin yayımlamasını pisləyib. Adiyyatı dövlət orqanlardan,məxsus Baş Prokrorluqdan,DİN nazirliyindən tələb edib ki,bu hadisəni törədənlər tapılıb cəzalandırılsın.Həmçinin siyasi məhbus ailələrinə ,məxsusda F.Fəraməzoğlunun yoldaşı Faiqə Nosrətiyə qarşı edilən təziqlərə son verilməyini istəyib.Ümumilikdə Elşən bəy bu cür hadisələri pisləyib.


Milli Mədəniyyətin Təbliği İctimai Birliyin sədri,Filologiya elmləri namizədi Jalə Cəfərova mətbuat konfransında çıxış etdi.O Faiqə xanıma qarşı edilən qeyri- insani konpaniyanı eşidən gecəsi bərk narahat olduğunu bildirib.Həmin gecə yatmadığını narahatçılıqdan həyacan keçirdiyini bildirdi.O bildirib ki,bu cür qeyri- insani hərəkət tək Faiqə xanım üçün edilməyib,ümumilikdə Azərbaycan qadını üçün edilib.Ona görə də bütün ictimaiəti, ziyalıları Faiqə xanıma dəstək olmağa çağırdı.



Faiqə xanım üçün edilməyib,ümumilikdə Azərbaycan qadını üçün edilib (FOTO VİDEO)


QDEVAMM-nin rəhbəri Polad Aslanov mətbuat konfransında çıxış eləyib.O bildirib ki,bu gün məlum bu iyrənc hadisə ilə bağlı DİN naziri Ramil Usubova rəsmi məktub göndərib. Həmin insanların cəzalanmasını Ramil Usubovdan yazaraq xahiş etdiyini bildirib.P.Aslanov həmçinin bildirib ki,sivil cəmiyyətlərdə bu cür qeyri-əxlaqı hərəkətlər heç zaman edilməz.Çünki həmin cəmiyyətlərdə bu cür hadisələr olsa əgər Ombutsman,QHT-lər,Hüquq müdafiəçiləri,media hərəkətə keçər.Buna görə də bu cür şərəfsiz konpaniyaları heç kim cəsarət edib həyata keçirdə bilməz.Amma bizdə bunlar hamsı formal olaraq mövcud olduğuna görə bu cür çirkin konpaniyaları çox rahat şəkildə həyata keçirirlər və cəzasızlığın olmadığını görüb günü -gündən siyasi məhbus ailələrinə qarşı bu cür çirkin konpaniyaların artdığını müşahidə edirik.Bu səbəbi nəzərə alaraq bütün müxalif partiyaları,ictimai fəalları ,mediaları biganə qalmamağa çağırırıq.

Faiqə xanım konfransın yekununda hüquq müdafiəçilərinə,media nümayəndələrinə ona dəstək olduğuna görə öz təşəkkürünü bildirdi.





Administratorla əlaqə

077 611-55-22

[email protected]