Gündəm

F.Fərəməzoğlu: "Bu qədər yalan, bu qədər böhtan, bu qədər şantaj olmaz

22-02-2017, 14:58
"Bu qədər yalan, bu qədər böhtan, bu qədər şantaj olmaz. Bu, həyasızlığın son həddidir. "Bandotdel" in halına acıyıram. Bu qədər acizlik, zəlalətə düçar olacaq qədər özlərini endiriblər. Bəzi üzümə durğuzduqları adamlarına yalanların əzbərlədəydilər. Daha məhkəmə prosesində gözlərini döyməzdilər".
Bunu məhkəmənin gedişatı ilə bağlı açıqlamasında həbsdə olan jurnalist Fikrət Fərəməzoğlu bildirib.
O vurğulayıb ki, "Bandotdel "in ştatlı üzəduranı olan Mehaman Həsənov təkcə özünün deyil, həmçinin ona sifariş edənləri də biabır edib: "Mehman Həsənov o qədər aciz vəziyyətə düşmüşdü ki, yayın oğlan çağında saat 14:25 də havanın qaranlıq olduğunu bu səbəbdən də heç nəyi görə bilmədiyini deyirdi. Təbii ki, bu adamda elə ona sifariş edənlər də olduğu kimi həya hissi yoxdur. Himayəçiləriniz tapşırığını qeyri-şərtsiz idarə edir. Amma həyasızlığın da bir həddi olmalıdır. Adam mənim üçün əvvəlcədən hazırlıq görüldüyünü onunla görüş təyin etmədiyini, mənim yerimi anten uyğunlaşma ilə müəyyən etdiklərini açıq şəkildə etiraf edirdi. Mehman Həsənov istintaqa verdiyi ifadəsini təxzib etməsinə məhkəmənin hansı qiymət verəcəyi bəlli deyil".
Fərəməzoğlu qeyd edib ki, "Bandotdel" onu" şantajçı" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxsada, öz yalanlarını cəmiyyətə sırımağa nail ola bilməyib: "Fakt odur ki, şantaja məruz qalan mənim saxta istintaq ,yalançı şahidlər və üzəduranlar ən maksimum həyasızlıq edən ,özlərini şantaja məruz qalmış kimi təqdim edirlər. Halbuki həmin üzəduranları mən heç vaxt tanımamışam,görməmişəm və pul tələbim olmayıb. Amma onlar məndən pul tələb edirlər. Belə olan təqdirdə mən şantaj edən yox, şantaj edilən oluram. Üstəlik, ortada nə dəlil, nə də sübut var".
Həbsdə olan baş redaktor daha sonra deyib ki, "Bandotdel" və onun ştatlı üzəduranlarının yalanları sadalamaqla bitməyəcək qədər çoxdur.
Onun sözlərinə görə yalanlardan biri də Mehman Həsənovun istintaqa" təqdim etdiyi "ayrı-ayrı saytlarda dərc olunmuş məqalələrlə bağlıdır. Mehman Həsənov 30.06.2016-cı il tarixli ərizəsi və həmin gün verdiyi ifadəsində onunla bağlı dərc olunmuş məqalələri müstəntiqə təqdim etdiyini bildirib.Bunu məhkəmə də təsdiqləyib. Lakin məlum olub ki, bu yalandır. Çünki həmin məqalələrin surəti 01.07.2016-cı il tarixdə, yəni mənim həbsimdən bir gün sonra çap edilib. Yəni bütün işləri "Bandotdel" özü görüb. Mehman Həsənov özü də təsdiq edir ki, mən onunla "Alma" restoranının qarşısında görüşməmişəm. Məhkəməyə verdiyi ifadəsində vurğulayıb ki, şəxsi maşınıma əyləşərkən polis məni saxlayıb.
Fəraməzoğlu sonda onuda bildirib ki, Mətbuat Şurası yaranan zaman hakimiyyətlə media arasında mövcud problemlərin aradan qaldırılması üçün vasitəçilik missiyasını üzərinə götürsə də, bu öhdəliyinə əməl etmir: "Hazırda Mətbuat şurası Əflatun Amaşov, onun əsas adamı Rəhim Hüseynov və daha bir neçə şəxs məhz özləri jurnalistlər üçün problemə çevrilməklə yanaşı, polisin üzəduran funkisiyasını həyata keçirməkdədirlər. Medianın problemlərini müzakirələr yolu ilə həll etmək əvəzinə, məmur özbaşınalığına rəvac verir, həqiqəti yazan jurnalistlərin şərlənərək həbs olunmasında vasitəçilik etməklə məşğuldurlar. Bu zaman şuranın adlarını sadaladığım rəhbərlərini hətta məhkəmənin istintaqın funkisiyalarını da mənimsəməkdən çəkinmirlər. Zəruri olduğu təqdirdə, yəni sifariş olarsa, şahid kimi çıxış edir, şəxsi maraqlarına görə üzəduranlıq edir, məhkəmənin hökümü olmadan jurnalistləri "cinayətkar" elan edirlər. Əgər mediada təmizləmə saflaşdırma ,problemlərin həllinə nail olmaq zərurəti varsa, Mətbuat Şurası da əsəslı islahat və dəyişilik həyata keçirilməlidir. Əks təqdirdə,sözügedən təşkilat bundan sonra da "reket" jurnalistlərin himayəçisi, günahsız yerə həbs olunanların üzəduranı olmaqdan çıxa bilməyəcək"

Administratorla əlaqə

077 611-55-22

[email protected]