Əsas Səhifə / Xəbərlər

Dilqəm Əsgərovun oğluyam” deyib polisdən qurtuldu - Ailəsindən XƏBƏRDARLIQ

25-02-2017, 22:53
Dilqəm Əsgərovun oğluyam” deyib polisdən qurtuldu - Ailəsindən XƏBƏRDARLIQ
Bu sözləri Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

K.Əsgərov bildirib ki, bu yaxınlarda bir nəfər avtoşluq etdiyinə görə Bərdədə yol polisi postunda saxlanılıb. Saxlanılan şəxs, həmçinin, içkili olub. Saxlanılarkən özünü Dilqəm Əsgərovun oğlu kimi təqdim edib. Polislər isə sənəd-filan almadan onu sərbəst buraxıblar. Polis postunun rəisi isə bizim bir qohuma zəng edərək deyib ki, Dilqəmin oğlunu tutmuşdum, buraxdım”.

K.Əsgərov ictimaiyyətə müraciət edərək D.Əsgərovun ailəsi adından sui-istifadə olunması halları haqqında onlara məlumat verməyi xahiş edir.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük azadlıqdan məhrum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]