Siyasət

Lapşin Şahbaz və Dilqəmlə dəyişdiriləcək? - deputatdan qaynar açıqlama

9-02-2017, 23:33
Lapşin Şahbaz və Dilqəmlə dəyişdiriləcək? - deputatdan qaynar açıqlama“Hesab eləmirəm ki, Lapşini Şahbaz və Dilqəmlə dəyişmək mümkün olsun”

Bunu Politika.Az-a deputat Fərəc Quliyev Qarabağa qanunsuz səfərlərinə görə tutulmuş və Azərbaycana ekstradisiya olunmuş yəhudi əsilli Rusiya vətəndaşı Aleksandr Lapşin haqda deyib.
Lapşin Şahbaz və Dilqəmlə dəyişdiriləcək?
Onun sözlərinə görə, əslində Dilqəm və Şahbaz da Rusiya vətəndaşıdır: “Rusiya seleksiya siyasəti yürüdür. Bəzi vətəndaşlara sahib çıxır,bəzisinə sahib çıxmır. Kəlbəcərdə tutulan insanlara qarşı münasibət tamam fərqli oldu.

Öz ölkəsində valideyinin qəbrini ziyarət eleyən adamı girov götürdülər vəseparatçı,terrorçu kimi məhkəmədə uzun müddətli iş kəsildi. Belə məsələlərdə Rusiya tərəfinin və ya Ermənistan tərəfinin fərqli davranışının olacağını gözləmək sadəlövhlük olar”.

“Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir”.

Qeyd edək ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib.

Ə. Əhmədov deyib ki, Azərbayücan dövlət müstəqilliyinə, dövlət maraqlarına maraqlarına qarşı çıxan, bununla da milli qanunvericilyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]