Media
Mətbuat Şurası KİV-ə çağırış etdi - CƏBHƏDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI
25-02-2017, 20:31
Xeberman.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəbhədə vəziyyətin gərginləşdiyi vaxtda Azərbaycan KİV-lərinə xəbərdarlıq edərkən deyib. Şura sədri bildirir ki, Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırışlar edir:
“Hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayır. Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik.Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlər də var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.