Ölkə

Elektron çobanlar fəaliyyətə başlayır - VİDEO

22-02-2017, 20:16

Zaman keçdikcə artıq müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb. Müasir texnologiyanın inkişafi artıq qoyunların da elektron üsulla otarılmasına imkan verir. Elektron çobanın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayırlar.

Kənd sakinlərinin öz icadları olan "elektron çoban" məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi ilə təmnin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.

Aran rayonlarında çox tətbiq edilər bu qurğununu necə işlədiyi haqda videonun sizə təqdim edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]