Ölkə

Özünü əlilliyə vurub dilənən şəxs ifşa edildi - Video

10-02-2017, 00:33

Xəzər xəbər məlumat verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan video əslində bir fırıldağı ifşa edir. Bir nəfərin hisslərindən istifadə edərək insanları necə aldatdığını göstərmək üçün çəkdiyi videodakı dilənçini axtarmaq üçün “20 Yanvar” metrostansiyasının yaxınlığına baş çəkdik. Məlum oldu ki, çox insan bu dilənçinin qurbanı olub.

Bu vəziyyət birinci dəfə deyil ki, müşahidə olunur. Özünü fiziki qüsurlu şəxs kimi aparan belələrinin sayı kifayyət qədərdir. Avtobus və taksi sürücüləri hər gün onlarla belə faktla rastlaşdıqlarını deyirlər.

Sakinlər də bu vəziyətlə tez-tez üzləşdiklərini deyirlər. Saxta əlillərə görə ehtiyacı olanlara da pul verməkdən çəkinənlər var.

İnsanların mərhəmət hissindən sui-istifadə edərək pul toplayan peşəkar dilənçiləri şəhərin müxtəlif yerlərində görmək mümkündür. Özünü fiziki məhdudiyyəti olan şəxs kimi aparan bu insanlar obrazlarını dəyişməklə yanaşı, diləndikləri məkanları da tez-tez əvəzləyirlər.

Sosisoloq, dilənməyi işləməkdən asan bilən və iş qabiliyyəti normal olan belə insanların digərlərinə də mənfi nümunə olduğunu deyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Administratorla əlaqə

077 611-55-22

[email protected]