Ölkə

"Qocalar evi"ndən öz ailəsinə qayıdanlar varmı?

17-02-2017, 00:29

Sosial xidmət müəssisələrində yaşayan şəxslərdən 526 nəfəri isə ruhi-əsəb əlili olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. Qalan şəxslər isə nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayırlar.
Xeberman.com saytı nazirliyə istinadən xəbər verir ki, son illər sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Eləcə də müharibə və əmək əlilləri üçün pansionatı üçün yeni korpus tikilərək istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları yönündə də müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə tədbirlərin davamı olaraq, keçən il bu müəssisələrdən 42 nəfər şəxsin doğma ailə mühitinə qayıtmaları təmin olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]