Mədəniyyət

“İnsan ol, kişilikdən isə heç danışmıram” - Aygün Kazımova

28-12-2015, 08:46
Xalq artisti Aygün Kazımova arxasınca danışanlara ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar”a açıqlamasında hər zaman işi ilə məşğul olduğunu deyib: "Boş-boş danışmaq mənə görə deyil. Mən hər zaman iş başındayam, işləyirəm. Nə olursan-ol, istər dünya ulduzu, amma insanlığını itirmə. Kişilikdən isə heç danışmıram”.

Xalq artisti Türkiyədən yeni layihələrlə qayıtdığını söyləyib: "Sonunda ağlım başıma gəldi”. Bu sözlərə görə mahnını çox sevdim. Çox səhvlər olur və onların sayəsində həyatda peşəkarlaşırıq. Nə qədər özümə desəm də, "gələn dəfə bunu bir də edərsənmi?”. Amma görürəm, mən səhvlərlə düzələn insan deyiləm. Ən çox sevdiklərimdən aldanıram. Çünki sevdiyin insana inanıb-güvənirsən, nəticədə isə çox vaxt aldanırsan. "Gecə yarısı” isə bizim Tərlanla və Azər Şirinlə yeni layihəmizdir".

Aygün Kazımova yeni ilin ilk həftəsində isə Türkiyə layihəsini təqdim edəcəyini deyib: "Artıq türk heyət vətənimizdə olub. Yanvarın birinci həftəsi yeni klip çəkilişinə başlayırıq. Məkanlara baxılıb. Əsas süjet xətti mənim üzərimdə qurulacaq. Vətənimdə lentə alınacaq. "Səni belə sevmədilər” türkcə olacaq. Musiqisi və aranjimanı Hakan Erola, sözləri Leyliyə məxsusdur. Bu, mənim repertuarımdakı barmaqla sayılan mahnılardandır ki, bunu artıq 3-cü dəfə studiyaya girib oxumuşam”.

A.Kazımova klipi üçün yaraşıqlı oğlan axtarışına çıxdığını bildirib: "Əvvəl dedim ki, qoy sizdən model olsun, vaxt sərf etməyək. Çünki bir gün artıq aparılan çəkiliş büdcəyə təsir göstərir. Axtardığım bəy yaraşıqlı, istedadlı olmalıdır. Çox populyar olmaq istəyirsinizsə, şansınızı sınayın”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]