Mədəniyyət

“Bəzən elə addım atıram ki...” - Aygün Kazımova

26-12-2015, 15:44

Xalq artisti Aygün Kazımova yeni mahnısını sevənlərinin ixtiyarına buraxıb.

      Xeberman.com-un xəbər verir ki, müğənninin yeni mahnısı "Ağlım başıma gəldi” adlanır. Mahnının sözləri Leyli Erola, musiqisi və aranjemanı isə Hakan Erola aiddir.

"Qafqazinfo”ya açıqlama verən müğənni mahnının sözlərindən təsirləndiyini və bəstənin mətninin əksər insanların həyatda yaşadıqları ilə üst-üstə düşdüyünü bildirib:

"Atdığım addımları, verdiyim qərarları götür-qoy edirəm. Ümumiyyətlə, yüz ölcüb, bir biçən insanam. Lakin istisnalar hər insanın həyatında olur. Bəzən elə addım atıram ki, sonradan peşman oluram. Leylinin yazdığı bu sözlər də məhz bu barədədir. Mahnının sözlərini dinləyən çox insan öz həyatını yeni mahnımda görə biləcək. Çünki həyatda peşman olmayan insan yoxdur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]