Gündəm

Azərbaycanda baş redaktor həbs edildi

14-02-2017, 14:56
Neftçalada Neytral İnformasiya Agentliyinin(NİA.AZ) təsisçisi Bəhruz Əliyev qanunsuz saxlanıldığı haqda redaksiyamıza bilgi verib.

Bilgi qısa mesaj vasitəsilə yollandığı üçün nə səbəbdən, kimlər tərəfindən tutulduğu məlum deyil.Gecədən bir xeyli keçdiyi üçün əlaqə yaradıb nə üçün saxlanıldığın öyrənə biləcəyimiz qaynaqları narahat etmək istəmədik.

Bəhruz Əliyevin Neftçala rayonunda yaşaması və rayonda məmur özbaşnalıqları ilə bağlı araşdırma yazılarından tanıyırıq.Mətbuatda "icra başçısı ilə yola getməyən adam” obrazını formalaşdırıb.

Baş redaktorun saxlanılması haqda bilgi alan kimi sizlərlə bölüşəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]