Xəbərlər

10 neftçinin ölümünə səbəb olanları "sərt" cəzalandırıldı

14-02-2017, 12:01
10 neftçinin ölümünə səbəb olanları "sərt" cəzalandırıldı
SOCAR ötən il dekabrın 15-də güclü külək nəticəsində estakadanın 10 neftçi ilə birlikdə dənizə uçması nəticəsində baş verən qəzaya səbəb olan şəxsləri cəzalandırıb. Qurum məsul şəxslərə ancaq töhmət verib və xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun yaydığı sənəddə qeyd edilib ki, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı edilən xəbərdarlığa baxmayaraq, qeyd edilən ərazidən işçilərin vaxtında təxliyyəsini təmin etməməklə insan təlafatı ilə nəticələnən faciənin qarşısının alınması üçün lazımı tədbir görməməklə, öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə görə, Texniki-istehsalat şöbəsinin rəisi Şükürov Ramazan Knyaz oğluna, Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi Ramazanov Ramiz Elxan oğluna, MMTX-nin rəisi Qəmbərli Mahmud Ağəsəf oğluna, MMTX-nin rəis müavini Bağırov Vüqar Əkrəm oğluna, NQÇS-nin rəis müavini Xamıyev Zamin Yusub oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

"SOCAR günahkarları tapdı və çox "sərt cəzalandırdı", deyə M.Qəhrəmanlı qeyd edib.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu günə kimi ancaq iki neftçinin meyiti tapılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]