Ölkə

Zibillikdən 120 kq pul tapıldı

12-02-2017, 15:38

Bundan 51 min 977,20 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 32 min 519,48 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 424,77 ton xammal ayrılıb və təkrar emala yönəldilib. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, zavodda 2016-cı ildə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna, müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pullar toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib. (apa)

Administratorla əlaqə

077 611-55-22

[email protected]