Xəbərlər / Texnologiya

Mark Zukerberqi işdən çıxarılır ?

12-02-2017, 11:37

Xeberman.com primetime.az-a istinadən xəbər verir ki, bu təklif onunla əsaslandırılıb ki, idarə heyətindən asılı olmayan sədr, şirkət rəhbərlərini daha yaxşı idarə, korporativ idarəetməni yaxşılaşdıra və səhmdarlara lazımi inkişaf proqramını tərtib edə bilər. Sözügedən təklif "SumOfUs" idarə komissiyasının istehlakçı qrupunun üzvü olan səhmdarlarından gəlib. Sözügedən təşkilat özünü, qlobal problemlərə görə digər şirkətləri cavabdehliyə səsləyən internet cəmiyyət kimi qələmə verir. Həmin problemlərə iqlim dəyişikliyi, insan hüquqlarının pozulması, rüşvət və s. kimi qlobal problemlər daxildir. "SumOfUs"ın kapital bazarının məsləhətçisi Lisa Lindsley bildirib ki, 333 minə yaxın insan, "Facebook"da korporativ məsuliyyətin yaxşılaşdırılması tələbini imzalayıb. Onlardan 1500 şəxs sosial şəbəkənin səhmdarıdır. Lisa Lindsley qeyd edib ki, "SumOfUs"ın 4 nəfər üzvünün sahib olduğu səhmlər, Mark Zukerberqi sözügedən vəzifədən azad etmək təklifini irəli sürməyə imkan verir. Lakin buna baxmayaraq "Facebook" çətin ki, bu təklifə razılıq versin. Belə ki, Mark, şirkətin ən çox səhm sahiblərindən biridir və bu təklifin yerinə yetirilməsi, sosial şəbəkənin maliyyə göstəricilərinə təsir edə bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]