Xəbərlər

Dövlət Dəniz Administrasiyasının əməkdaşları sessiyasında iştirak edib

8-02-2017, 15:28

Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) Xeberman.com -a verilən məlumata görə, administrasiyanın əməkdaşları Vüsal Mustafayev və Nuri Nuriyevin iştirak etdiyi iclasda, dəniz qəzalarının araşdırılmasından əldə edilən biliklərin dənizçilərin hazırlığının yaxşılaşdırılmasına tətbiq edilməsi yolları müzakirə olunub.

Alt Komitədə həmçinin, dənizçilərin yorğunluq və yorğunluq riskinin idarə olunmasına dair anlayışların daha da təkmilləşdirilməsi, yorğunluq və yuxu haqqında cari araşdırmaların və yorğunluq hallarının aradan qaldırılmasına dair təcrübələrin əks olunması üçün "Yorğunluğun aradan qaldırılması və idarə edilməsi üzrə Təlimat"ın yenilənməsi və yenidən baxılmasına dair işlər müzakirə edilib.

Eyni zamanda "Balıqçı gəmi heyətinin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya"ya (STCW-F) ətraflı nəzər salınaraq, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya"ya (STCW) 2010-cu ildə edilmiş əlavələrin həyata keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının bir sıra model kurslarının Manila dəyişikliklərinə uyğunlaşdırılması məqsədi ilə işçi qrupları tərəfindən hazırlanan model kursları müzakirə olunub və təsdiq olunması üçün Dəniz Təhlükəsizliyi Komitəsinə göndərilməsi barədə qərar qəbul edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]