Əsas Səhifə / Gündəm

Nazir qardaşı " Prezident də mənəm ! Get dərdini kimə deyirsən de !

26-12-2015, 21:48
"Azərbaycanda səsimizi eşidəcək qurum yoxdur. Prezidentin bu özbaşnalıqlardan xəbəri olsaydı , bunları dərhal cəzalandırardı. Bəli,cəzalandırardı... " Bu sözləri Mediaxeberleri.az xəbər portalına Məmmədova Heyva xanım və onun həyat yoldaşı Məmmədov Ramiz bəy yazdıqları birgə məktubda bildiriblər. 


Şikayətçilər daha sonra qeyd edir ki , "Biz 1991-ci ildən Səlyanın Çadırlı kəndində 13 sot torpağımızda yaşayırıq. Bəli,bizim torpağımızdır amma, o quldur dəstəsi bu torpaqları bizdən zor gücünə almağa çalışırlar. Səsimizə səs verən yoxdur . Axı biz hara üz tutaq ? Deməli 2014 -cü ilin sentyabr ayında Səlyan bələdiyyəsindən Baxşaliyev Vaqif adlı şəxs gələrək bizdən evin və torpağın sənədlərini istədi. Verdiyimizə peşman olduq. Sonra bizə xəbər gəldi ki, guya bu torpaqlar artıq bizim deyil . Guya ki, biz bu torpaqlarda qeyri qanuni yaşayırıq. Sənədlərimizidə vermək istəmirdilər. Axırda gedib güclə ala bilmişəm o da ki, yalnız surətini . 
Biz 2005 -ci ildən "Hacıcamalxan" fermasında fəhlə işləyirik. Zülümlə ,min bir bəlayla 11 baş ailə saxlayırıq. Evimiz vardı amma o evi də ,fermanın rəhbəri Əlikram Camalov sökdürdü. Heyvanlarımızın bir qismini əlimizdən aldırdı . Bu Əlikramın qayını var . Adı İlqardı . Hər gün bizə təziq edir . Məcbur gəlib oğlumu təkləyib döyür heyvanları aparmağa cəhd göstərirlər. Bir dəfə də, vurub uşağın başını yarmışdılar. Beyn travması aldı . Özümdə yoldaşımda xəstə adamlarıq. İndi bir balaca otaqlı evdə 11 nəfərlik ailə ilə güclə yaşayırıq. Oğlum Məmmədov Fariz , qızım Məmmədova Vüsalimə bizimlə birgə həmin fermada günə 5 -6 manata işləyirdilər. Artıq 3 aydır olarında maaşını vermirlər. 
Bizimbaşımızı belə şeylərlə qatdılar və bir də ayıldıq ki, Əlikram Camalov bizi məhkəməyə verib . Bu qədər öz başnalıqmı olar ? İndi də bizi qanunsuz iddialarla 42.350 manat cərimələyiblər. Mənim nəyim var ki, 42.350 manatıda ödəyəm ? Bu yaxında yanına getdik ki,bizim başımıza gətirdiyi bu oyunun səbəbini soruşaq. Dedik Prezident Aparatına məktub göndərəcik , şikayət edəcik. Bizə deyir ki, "Gedin hara şikayət edirsiz edin. Bu ölkə də sahibkarda mənəm , Prezidentdə mənəm . Neyləyəcəksiz ? 
Xaiş edirik bu məsələylə bağlı bizə yardımçı olun əziz media mənsubları. Gedəcəyimiz yer qalmayıb daha. Prezident administrasiyasına da məktub göndərmişik. Amma qarşısı ya alınıb ya da, Əlikram Camalovun qardaşı nazir Yavər Camalovdur deyə bizim səsimizi heç kim eşitmir. Sizdən xaiş edirik bizə kömək edin ."
Gödüyünüz kimi vəziyyət həddindən artıq qəlizdir. Bu ölkədə kim nazir qohumudur deyə belə özbaşnalıqmı etməlidir ? Sözü gedən fermanın rəhbəri Əlikram Camalovun bir qardaşı 
 Müdafiə Sənayesi naziri Yavər Camalov, digər qardaşı Şirvan şəhər icra başçısı Mərdan Camalovdur. Qardaşlarına güvənən Əlikram bəy özünü hətta prezident sayır. Biz də öz növbəmizdə , müvafiq qurumlardan bu məsələni araşdırmalarını , Camalovların Məktublara müdaxiləni necə etdiklərini ,özbaşnalıqlarının səbəblərini araşdırıb bu işi diqqətdə saxlamaqlarını istəyirik. 
Mövzunu diqqətdə saxlayacıq. Yazıda adı keçən şəxsləri dinləməyə hazırıq.
MEDIAXEBERLERI.AZ
Nazir qardaşı
Nazir qardaşı
Nazir qardaşı
Nazir qardaşı
Nazir qardaşı

Administratorla əlaqə

077 611-55-22

[email protected]