Əsas Səhifə / İslam

Evinizdə hörmüçək toru olarsa…İmam Əli (ə) açıqlayır…

28-01-2017, 16:20
SizinYol-un “Din” qrupu məlumat verir: Allah tərəfindən böyük elm verilmiş Peyğəmbər və məsum imamlar həyatın bütün sahələri ilə bağlı lazım olan qayda və qanunları insanlar üçün açıqlayıblar. Belə ki, təkcə tibb və xəstəliklər və onalrın necə müalicə olunması haqqında 10 min-dən daha çox “səhih” hədis və rəvayət mövcuddur. Bu hədislər arasında müsair alimləri və araşdırmaçıları heyrətə salan bir çox hədislər mövcuddur.
Hazırkı yazıda isə yoxsulluğa səbəb olan şeylər barəsində Əhli-beytin bəzi açıqlamlarını təqdim edirik:
İmam Baqir: Həqiqətən bəndə günah edəndə onun ruzisi kəsilər. (Vəsailüş-şiə, c.15, c.301)

İmam Əli: İsraf yoxulluğa və ehtiyaclı olmağa səbəb olar.

Həzrət Məhəmməd buyurur: Hər kəs özünü imkansız şəxs kimi göstərməyə çalışsa, yoxsul olar.

İmam Əli buyurur: Evlərinizdən hörmüçək torunu təmizləyin. Çünki evdə hörmüçək toru olarsa bu yoxsulluğa səbəb olar. (Vəsailüş-şiə, c.5, c.322)

Hədislərdə yoxsulluğa səbəb kimi göstərilən əməllərdən aşağıdakılara işarə etmək olar:
Sələmçilik; nemətləri kiçik saymaq; nemətlər qarşısında nankorluq etmək: ağvalideynlik; yalan danışmaq; sübh namazından gün doğana kimi olan vaxtda yatmaq; hakimlərin xalqın sərvətini qarət etməsi, möhtəkirlik (əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq) və sair…

Administratorla əlaqə

077 611-55-22

[email protected]