Gündəm

Silahlı cinayətkar “Kaktus”un yanında öldürülübmüş - Təfərrüatlar/ YENİLƏNİB

28-01-2017, 00:24
Dünən Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin silahlı şəxsə qarşı apardığı xüsusi əməliyyatın təfərrüatları məlum olub.

Xeberman.com xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, Ceyhun Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.

***
26.01.17
22:35

Bu gün - 26 yanvarda Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın – dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyat keçirib.

Bu barədə BakiPost.az-a DTX-nın İctimai əlaqələr üzrə şəbəsindən bildiriblər.

Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib. DTX əməkdaşları, qanuna uyğun olaraq, silah tətbiq ediblər. Cinayətkar məhv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]