Siyasət

Həbsdə olan siyasi məhbusların müdafiə işini gücləndirmək üçün Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) yaradılıb.

28-01-2017, 00:07


Xeberman.com xəbər verir ki, bu barədə mərkəzin yaradıcılarından olan hüquq müdafiəçisi Oqtay Güləliyev məlumat verib. O bildirib ki, indiyə qədər mövcud olmuş Siyasi Məhbuslar üzrə İşçi Qrup bundan sonra bu ad altında fəaliyyət göstərəcək: "Qurumun ilkin tərkibi 9 nəfərdən ibarətdir; Eldəniz Quliyev, Mehman Əliyev, Rövşən Əhmədli, Leyla Yunus, Oktay Gülalıyev, Əvəz Zeynallı, Elşənn Hasanov, Hilal Mamedov və Taleh Khasmammadov. Tərkib açıqdır. Mərkəzə üzv olmaq istəyən xeyli tanınmış və çalışqan insanlar var. Biz siyasi məhbusları daha yaxşı, ardıcıl və effektli müdafiə etmək üçün bütün mümkün variantlardan istifadə edəcəyik və bununla bağlı bəzi planlarımız var.
SMMM- in toplantısında yeni tərkibin qərarı ilə 160 nəfərlik siyasi məhbus siyahısı da yeniləndi. Bir nəfər azadlığa buraxıldığı üçün adı siyahıdan çıxarıldı, 8 nəfər isə əlavə olundu. Bunlar 22 dekabrda həbs olunan Cəbrayıl rayonundan olan məcburi köçkünlər ("işıq məhbusları") Quliyev Ülvi Məhəmməd oğlu, İsgəndərov İlkin Füzuli oğlu, Quliyev Cəlal Ədil oğlu, Fehruzlu Zaur Təbriz oğlu, Alməmmədov Gülağa Vəli oğlu, “Nardaran işi” ilə bağlı həbs olunmuş Şahbazov Faili Atabala oğlu, eləcə də məhbus jurnalistlər Sadıqov Əfqan Hətəmxan oğlu və İkram Rafiq oğlu Rəhimovdur. Siyasi məhbusların sayı 167 nəfərə çatdı. Amma biz bilirik və qəbul edirik ki, Azərbaycanda siyasi məhbusların sayı daha çoxdur. Hazırda həbsdə olan xeyli sayda məhbusun cinayət işində siyasi motivlərin olub-olmaması araşdırılır.
Siyasi məhbusların müdafiəsi sahəsində fəaliyyət göstərən bütün insanları Siyasi Məhbusların Müdafiəsi Mərkəzi ilə əməkdaşlığa çağırırıq.
Gəlin, şərlənib həbs olunan, fantastik cəzaya məhkum edilən günahsız insanları, siyasi məhbusları bir yerdə müdafiə edək!"

Administratorla əlaqə

077 611-55-22

[email protected]