Xəbərlər

“Tesla”“SpaceX” şirkətlərinin sahibi, məşhur milyarder İlon Mask özü üçün tunel çəkdirir

26-01-2017, 16:09

Oxu.Az avtosver.az-a istinadən xəbər verir ki, o, bu haqda “Tvitter” hesabında yazıb: “Tıxac məni dəli edir. Bu səbəbdən tunelqazan maşın düzəldib, yeri qazmağa başlayacam”.

Bir çox istifadəçilər bunu zarafat kimi qəbul etsə də, “SpaceX”-in sahibi sonrakı tvitində bunu təsdiq edib: “Tunel məsələsində möhtəşəm proses gedir. Bir aya qazmağa başlayacağıq”.

Tunelin bir çıxışı Los-Ancelesdə “SpaceX”-in ofisinə çıxacaq. Tunel vasitəsilə aeroporta 5 dəqiqəyə çatmaq mümkün olacaq. Ola bilsin ki, tunelin digər çıxışı “Tesla”nın ofisinə çıxacaq. Bu isə təxminən 500 km edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]