Əsas Səhifə / Ölkə

Tovuzda elektirik avadanlıqları, sayğaclar yanaraq yararsız hala düşüb

25-12-2015, 21:20
Tovuzda yüksək gərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb.

Rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb.

Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanğın baş verib ki, nəticədə naqillər dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb.

Sakinlər bildirir ki, naqillərdə yaranan qısqa qapanma məktəb küçəsinə yaxın olduğundan onlarda ciddi narahatııq yaradıb. Xoşbəxtlikdən hər hansı kənd sakini ziyan görməyib.
Aşağı Quşçu kəndində baş verən hadisə yerinə "Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi ardan qaldırmağa çalışıblar. 

Tovuz Elektrik Şəbəkəsinin baş mühəndisi Musa Nağıyev hadisəyə su artezian quyusunun transfarmatorunda baş verən qəzanın səbəb olduğunu bildirib.

İdarə rəsmisi gecə saatlarına qədər kəndə elektirik verlişinin bərpa ediləcəyini də bildirib./Region TV/

Administratorla əlaqə

077 611-55-22

[email protected]