İdman

Olimpiya çempionu əsgərliyə getdi - FOTO - VİDEO

19-01-2017, 14:34
Qol.az-ın məlumatına görə, 24 yaşlı idmançı Qazaxıstan ordusunda xidmət edir. O, hərbi qulluqda olsa da, məşqlərini davam etdirəcək. 

Millimizdən imtina edən Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini bildirib: "Hər bir insan vətəninə xidmət etməlidir. Ordu hər bir kişinin keçməli olduğu məktəbdir. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.

Qeyd edək ki, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edən və bu ölkəni təmsil edən Nicat Rəhimov Rio-2016-nın qalibidir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]