Gündəm

ABŞ-dan Türkiyəyə zərbə: nazir açıqladı

11-12-2016, 17:43
Bir neçə gün öncə Suriyadakı kürd qüvvələrinə "Stinger” hava hücumundan müdafiə sistemi verəcəyini açıqlayan ABŞ daha bir qalmaqallı qərara imza atıb.

Axar.az xəbər verir ki, rəsmi Vaşinqton indi də PKK/PYD-yə yardım etmək üçün 200 hərbçisini Rakka şəhərinə göndərməyi planlaşdırır.

Bu barədə ABŞ Müdafiə naziri Eşton Karter Strateji Araşdırmalar İnstitutunun Bəhreyndə keçirilən 12-ci Manama Dialoq Konfransında çıxışında deyib.

Qeyd edək ki, nazir hazırda bölgədə 300 ABŞ hərbçisinin olduğunu bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]