Siyasət / Foto Fakt

Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR

3-12-2016, 23:31
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLARAzərbaycanda qaz və işığın qiymətinin artması ilə bağlı bu gün ADP qərargahında ölkə müxalifətinin böyük toplantısı keçirilib. Tədbirdə 10-dan çox siyasi partiya lideri iştirak edib. 


Tədbiri giriş sözü ilə ADP sədri Sərdar Cəlaloğlu açdı: "Bütün tədbir iştirakçılarını salamlayıram. Bugünkü tədbirimiz son qiymət artımı ilə bağlıdır. Uzun illər öncədən təhlükələr barədə iqtidarı xəbərdar edirdik. Amma hakimiyyət bizim dediyimizə məhəl qoymurdu. Artıq iqtisadi təhlükə ölkəni başına bürüyüb. Hökumət baş verənləri iqtisadi cinayət kimi qələmə verir. Dünyada neftin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımız bu günə düşüb. Gələcəkdə ölkəmizi nələrin gözləməsi ilə bağlı bu gün tədbiri təşkil etmişik. Tədbirimizin əsas məqsədi budur".

AXP lideri Pənah Hüseyn çıxışında bunları deyib: "Bugünkü tədbirə fərqli baxıram. Çünki fərqli zamana gəlib çatmışıq. Əvvəlki dövrlərdən fərqli zamanı yaşayırıq. 
Düşüncəmə görə Azərbaycan ciddi siyasi dəyişiklik mərhələsinə daxil olub. Bu tədbirə zalda başlanan mitinq kimi də baxmaq olar. Bunun kütləvi aksiyalara keçməsi kimi də qəbul etmək olar. İştirakçılara bildirirəm ki, bu tədbiri yaddaşlarınızda saxlayın. Ölkədə vəziyyət gərgindir. Hakimiyyət idarəçiliyi artıq itirib. Oliqarxların işıq və qaza ehtiyacları yoxdur. Çünki generatorlar istifadə edirlər, qaza da təhlükəli baxırlar. Digər varlı təbəqə də var ki, bir neçə evləri var. Hər evdən 1500 kubmetr istifadə edə bilərlər. 
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
Baxanda aydın olur ki, bu artım daha çox hansı təbəqəyə aiddir. Bu qədər korrupsiyanın qarşısında hakimiyyət çürüyüb. Kütləvi aksiyalar olarsa, ölkə xaotik duruma düşər. Amma iqtidar bunu vecinə almır. Ona görə də bizim üçün ən böyük təhlükə artıq hakimiyyətdir. Böyük hadisələrə hazır olmalıyıq. Dövlət üçün təhlükəli olan halların baş verməməsinə hamımız çalışmalıyıq. Bu ölkə bizimdir. Gələcəyimizə sahib durmaq borcumuzdur. Bir layihə hazırlamışıq. Qanunsuzluğa öncəliklə son qoymaq lazımdır. İşsizlik, korrupsiya hallarına son qoyulmalıdır. Qaz və işığın qiymətinin artması ilə əlaqədar hər kəsi buna qarşı səfərbər olmağa çağırırıq. Bu durum hər kəsin gələcəyini təhlükəyə atır. Siyasi mənsubiyyətdən asılı olmayaraq məruz qaldığımız vəziyyətlə bağlı bütün siyasi qüvvələr birləşməlidir. Qərara almışıq ki, ziyalılarımıza müraciət edək. 12 siyasi partiya məsələləri müzakirə edib. Yanvarda növbəti tədbirimizi keçirməyi planlaşdırırıq. Bütün məsuliyyəti öz üzərimizə götürməyə hazır olmalıyıq. Xalqımız həmişə bu dövləti yaşadıb, yenə də belə olacaq. Hamımıza bu yolda uğurlar". 
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
Azadlıq partiyasının sədri Əhməd Oruc təhlükələrdən söz açıb:"Bu tədbirdə iştirak edənlərin əksəriyyəti milli azadlıq hərəkatında iştirak ediblər, milli dövlət qurublar. Amma təəssüflər olsun ki, sivil topluma qarşı son illərdə basqılar artıb. Xof yaradılıb, insanlar etiraz etməyə çəkinsinlər deyə. Qorxudulmuş toplum yaradılıb. Bu cür vəziyyətdə heç bir problem həll oluna bilməz. Biz haqlıyıqsa, sabahımızla bağlı qorxmaq lazım deyil. Bundan sonra daha təmkinlə mübarizə aparmalıyıq.
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
VİP sədri Əli Əliyev tədbirin əsas mahiyyətindən söz açdı:" Daha geniş şəkildə fikir mübadiləsi aparmağa böyük ehtiyac var. Təkcə ölkə daxili deyil, xaricdə dətəhlükələr yaşayırıq. Xəritəmizə baxsaq görərik. Elə bir ağır vəziyyətə gəlmişik ki, bunu aradan qaldırmaq lazımdır. Hakimiyyət hazırda çox güclüdür. İqtidar iqtisadi böhrandan daha çox siyasi böhrandan ehtiyatlanır. Böhranla bağlı hakimiyyətin siyasəti hər şeyi sübut edir. Hakimiyyət bu korrupsioner komanda ilə də ayrılmaq istəmir. Çünki çəkinir. Cahangir Hacıyevə hökm oxundu, içəridən iqtidarı ifşa edən müraciət yaydı. Nazir müavini bu yaxınlarda yaxın bir adamıma deyib ki, bu vəziyyət belə davam edə bilməz, dövlət dağılacaq. Ölkəmiz ətrafında gedən proseslərdən çox narahatam. Rusiya Moldova, Bolqarıstan kimi ölkələrdə öz adamını seçdirir, hətta ABŞ-da belə prezidenti müəyyən edə bilir. Biz Suriya təhlükəsi ilə üz-üzəyik. Çox ağıllı davranmalıyıq. 
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
Hökumət bu böhranın qarşısını almaq gücündə deyil. Bu hakimiyyəti yıxmaq ölkəni xaosa apara bilər. İqtidar çalışır ki, onunla qarşıdurmaya gedək. Bunlar bizi anlaya bilməz".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, çıxış yolları üzərində düşünmək hər kəsin borcudur:"Böhrandan çıxış yolunda xalqın iştirakı vacibdir. Amma xalq hələ ki bunu etmir. Biz öz məqsədimizi düzgün anlada bilmirik. Biz çox şeyi açıq şəkildə deyə bilmiriksə, kimsə arxamızca gəlməz. Biz desək ki, qaz, işığın qiyməti aşağı düşsün, xalq arxamızca gəlməz. Amma desək ki, hakimiyyət istefaya getsin, bəlkə o zaman gələrlər. Heç nədən çəkinmək lazım deyil. Cəsarətli olmaq lazımdır".

AĞ Partiya başqanı Tural Abbaslı çıxışında bu nüanslara toxundu:"Bir müddət əvvəl yenə yığılmışdıq. Eyni məsələləri müzakirə etdik. Dövlətçilik məhvə gedir. Xalqı qınamaq düzgün deyil. Yaxınlarda bir siyasətçi xalqı suçlayır ki, arxamızca gəlmirlər. Xalqı arxasınca aparmaq lazımdır. Bu gün burada bir çox partiya sədri yoxdur. Amma hakimiyyət görüşə çağırsa, həmin şəxslər qaça-qaça gedərlər. Xalq bir müddətə qədər dözəcək, amma sonda bu xalqın heç nə qarşısında dayana bilməyəcək. Hakimiyyət güclü deyil, sadəcə müxalifətin xalqı təşkilatlandıra bilməyəcəyinə əmindir. Xalqı əzmkar olmağa çağırıram".
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı çıxış edib: 
"5-10 dəqiqəyə problemləri sadalamaq mümkün deyil. Bizdən başqa kimsə bu xalqı düşünməyəcək. Dünyanın nizami dəyişir. Problemlər çoxdur, həm də getdikcə artmaqdadır. Bu gün xalq çox zaman deyir ki, bu müstəqillik nəyə lazımdır. Görün hansı vəziyyətə gəlib çıxmışıq. Bu vəziyyət belə davam edə bilməz. Bir milləti inkişaf etdirməyin və məhv etməyin yolları var. Biz məhv olmağımıza imkan verməməliyik. Mən millətimdən narazı deyiləm. Günahı özümüzdə görməliyik. Səbəbləri axtarmalıyıq. Nəsil həmin nəsildir. Bu millət dəryadır. Sadəcə ayağa qaldırmaq lazımdır".

KXCP sədri Mirmahmud Mirəlioğlu tədbirdə çoxsaylı sualların yarandığını qeyd edib: "Bir çox doğrular var, amma biz doğruyuqmu? Bu sualın cavabını axtarmaq lazımdır. Zamanında problemləri çox dedik, amma özümüz buna əməl etmədik. Birini lider seçdik, lakin ona sadiq qalan azsaylı insan qaldı. Biz öncəliklə özümüzə sahib çıxmalıyıq. Dövlətimizi böyük təhlükələr gözləyirik. Vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan ayaqda olmalıdır, başladığı işi başa çatdırmalıdır". 
Müxalifət liderləri hökümətin qiymət artımına etiraz etdi FOTOLAR
Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov müxalifəti suçladı :"Ölkədə baş verən hadisələrdə daha çox iqtidarı günahkar bilib, müxalifəti az günahlandırmışam. Amma indi fikrim dəyişib. Müxalifətdə də günahlar görürəm. Bu gün xalqın arxasınca gedə biləcəyi partiya yoxdur. Heç bir dövlət bu artıma getməz, bu məcburiyyətdən irəli gəlir. Üzümüzə burda duran liderlərə tutub deyirəm ki, xalqın önündə olun ki, xalq da arxanızca getsin. Yox belə deyilsə, siyasi səhnədən çəkilin. Xalq onsuzda öz liderini tapacaq". 
Tədbir qarışıqlı fikir mübadiləsi ilə başa çatdı. Sonda iki həftə sonra geniş tərkibdə daha bir tədbirin keçirililməsinə qərar verildi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]