Ölkə

Bakıda DYP rəisinin oğlu “Gelandewagen”lə ABŞ səfirliyinin maşının əzdi

30-11-2016, 00:44
Bakıda DYP rəisinin oğlu “Gelandewagen”lə ABŞ səfirliyinin maşının əzdiBir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb. Cumhuriyyet.az azadliq.info-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən "Gelandewagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı avtomobilə çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.
Bu haqda missiya.az-ın xəbərinə görə isə qəzanı törədən "Gelandewagen” markalı avtomobil polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.
Qəzaya səbəb sürət həddin aşılması və ara məsafəsinin qorunmaması olub

Administratorla əlaqə

077 611-55-22

[email protected]