Ölkə

Gədəbəydəki “pensiya bazarı”nın yeni gizlinləri

27-11-2016, 21:28
Gədəbəydəki “pensiya bazarı”nın yeni gizlinləri

Gədəbəy Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Məsud Məmmədov rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovla əl-ələ verərək mükəmməl rüşvət şəbəkəsi yaradıblar

 


Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edən Gədəbəy rayonunda məmur özbaşınalıqları əndazəni aşıb. Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən korrupsiya halları isə artıq dğzülməz haldadır. 

Şöbədə baş verən qanun pozuntuları haqda şikayət məktublarını isə sanki Bakıdakı səlahiyyət sahibləri görmürlər. Rayon sakini Oktay Əliyevin MilliYol-a söylədiyi sözlərinə görə, Ramiz Yediyarovun rəhbərlik etdiyi bu rayonda hər gün  büdcənin daha çox talanmasına, pay-puş edilməsinə yol verilir. Ən dözülməz vəziyyət isə Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindədir. Belə ki, vətəndaşlarla təmasa girməkdən çəkinən şöbə müdiri Məsud Məmmədov "makler” şəbəkəsi qurub və onların vasitəsilə saxta sənədlər əsasında pensiya təyinatları aparır.  Proses hər gün daha geniş miqyas alır. 

Oktay Əliyev saytımıza daha bir ilginc fakt açıqlayıb. Şikayətçi deyir ki, qanuni sənədlə birbaşa Məsud Məmmədova müraciət etmiş şəxs rüşvət tələbi ilə razı olmadıqda məhkəmə vasitəsilə ram edilir. Yəni "makler”siz pensiya almaq xoş xəyala çevrilib. Belə ki, təlimata əsasən pensiya hüququ yaranan şəxsin 2006-cı ilədək olan iş stajı hazırda mövcud olmayan idarə müəssisələrdəndirsə həmin staj sənədi məhkəmə vasitəsilə təsdiq edilməlidir. 

Əgər vətəndaş Məsud Məmmədovun qanunsuz tələbini yerinə yetirərsə, onda vətəndaşın staj sənədi birinci instansiya, yəni rayon məhkəməsinin təsdiqedici qətnaməsi əsasında qəbul edilərək təyinata yönəldilir. Əks halda vətəndaşdan ikinci instansiya məhkəməsinin də qərarını gətirmək tələb olunur. Bu qərarı almaq da çox vaxt müşkülə çevrilir. Çünki Məsud Məmmədovun rüşvət mexanizminin qüsursuz çalışa bilməsi üçün Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov da Məsud Məmmədova dəstək verir.  Şikayətçi bildirir ki, əgər Səlim Müslümov doğrudan da tam səmimi olaraq korrupsiyanın qarşısını almaq istəyirsə, onda araşdırsın ki, niyə adıçəkilən şöbədə təyin edilən pensiya işlərinin kiçik bir hissəsində iki məhkəmə instansiyasının, əksər hissəsində isə yalnız birinci məhkəmə instansiyasının qərarı var və həmin işlər bir-birindən nə ilə fərqlənir?
 
Çünki qarşı tərəf rüşvət tələbi ilə razılaşırsa, şöbə stajın təsdiqlənməsi üçün yalnız birinci instansiya məhkəməsinə, əks halda isə ikinci instansiya məhkəməsinə apelyasiya şikayəti verir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]