Ölkə

Halal zəhmətimlə aldığım avtomobili əlimdən alırlar

16-11-2016, 22:47

  Etibarnamə ilə bir avtomobil bir neçə nəfərə satılmasıyla bağlı problemlər mətbuatın manşetindən düşmür.

Azərbaycanda  yüzlərlə şəxs   dəllallarının,  dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam edir. 

 

Xeberman.com-a  20.06.1953-cü il təvəllüdlü, Ağcəbədi rayon, Hindarx qəsəbə sakini İsmayılov Yavər    Ford Transit markalı avtomobili alan   məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla indi avtomobili əlindən alınır. Bu barədə saytımıza həmin avtomobilin sahibi  sahibi olan İsmayılov Yavər Əli oğlu məlumat verib

Mən ali təhsilli müəlliməm. Halal zəhmətimlə illərdi topldaığım pulla 2016 cı ilin fevral ayında "İxtisaslaşdırılmış Vəkillər Bürosu" MMC-dən alqı satqı müqaviləsi ilə Ford Transit markalı avtomobili əvvəlcə BDYP nin Yevlax şöbəsində sonra isə Ağcəbədi RQİ və TBŞ də yoxlatdıraraq oğlumun adına rəsmləşdirişəm. Bir müddət sonra məlum olmuşdur ki, aldığım avtomobilin 5 ci alıcısıyam və ilk alıcısı bu avtomobilin sürmək üçün olan etibarnaməsini hansısa yolla  baş etibarnamə ilə əvəzləyərək satıb. Avtomobilin ilk dövlət qeydiyyatı  nömrəsi 99 XD 932  ilə  etibarnamə ilə bir şəxsə və o bu avtomobili başqasına satdıqdan sonra sahibi onu 50 CV 758 dövlət qeydiyyatına saldırımış və daha sonra 03 AC 221 dövlət qeydiyyat nömrəsi ilə əvəzlənərək daha sonra isə mən bu avtomobili yoxlatdıraraq 04 BN 610 dövlət qeydiyyat nömrəsi ilə oğlum İsmayılov Elşən Yavər oğlunun adına rəsmləşdirmişəm Bu qədər dövlət orqanlarının əlindən keçərək hüquqşünasların əlinə keçən avtomobilin vicdanlı alıcısı olaraq ağlıma gələ bilməzdi ki, Ağcəbədi rayon Məhkəməsinin hakimi Etibar Quliyev məni illər boyu topladığım halal pulla aldığım avtomobilimin əlimdən alınmasına (iş № 2(017)-2542/2016 qətnamə) qərar verə. Qətnamədə hakim Etibar Quliyev mənim vicdanlı alıcı statusunda olduğumu görməməzliyə vuraraq  avtomobilin məndən alinaraq ilk sahibinə qaytarılması qərarını verib. Hakim Etibar Quliyev  nəyə görə avtomobilin sənədlərini saxtalaşdıranı və ya sənədləri dövlət qeydiyyatından keçirən dövlət qurumuna qarşı cinayyət işi açılmasını qərarını yox, sadə vətəndaşın əlindən avtomobili alınması qərarı verir ?  Bu ölkədə aldanmayaraq yaşama qarantiyası yoxdurmu ?

Administratorla əlaqə

077 611-55-22

[email protected]