Siyasət

Samir Şərifovun da qələmi qırıldı: bütün şöbələr ləğv olunur

16-11-2016, 22:24
Samir Şərifovun da qələmi qırıldı: bütün şöbələr ləğv olunur
Ölkədə böhranın yaranmasının və manatın ölməsinin baiskarı olan Maliyyə Nazirliyində sensasion dəyişikliklər gözlənilir

Politika.Az-a nazirlikdəki mənbədən daxil olan xəbərə görə, struktur islahatlarına hazırlıq gedir. Nazirliyin yerli şöbələrinin ləğv edilərək regionlar idarələrinin yaradılması nəzərdə tutulur. 

İqtisadi böhran yeni idarəçilik sisteminə keçidi zəruri edib. Hakimiyyət nazirliklərin yerli şöbələrini ləğv edərək idarələr yalmasında çıxış yolu görür. Mədəniyyət və Turizm Nazirliyi də eyni taleni yaşayıb.

MN-nin yerli şöbələri barəsində mətbuat tez-tez yazır. Bu şöbələrin rəisləri peşəkar korrupsionerlərdir. Onlar yerlərdə icra strukturları ilə əlbir işləyir. 
Dövlət büdcəsinin talanmasında maliyyə şöbələrinin xüsusi iştirakı var. Maliyyə naziri Samir Şərifov yerlərdə heç bir islahat aparmayıb. 

Nazir ölkənin maliyyə və bank sistemini reanimasiya vəziyyətinə çatdırıb. İndi iqtisadi blokda aparılan reformlar onun rəhbərlik etdiyi nazirliyə də çatıb. Yerli şöbələrin israfçılığı onların ləğvini şərtləndirib. 

Politika.Az-a nazirlikdəki mənbədən daxil olan xəbərə görə, regional mərkəzlərin yaradılması nəticəsində büdcə vəsaitlərinə xeyli dərəcədə qənaət və ümumi prosesə nəzarət etmək mümkündür. Analoji proses təhsil və səhiyyə sektorunda da getməkdədir. 

Azərbaycanın maliyyə sistemi inkişaf etmiş ölkələrin maliyyəsistemlərinə uyğunlaşdırılmalıdır. Sovet şinelindən çıxmış ölkə olaraq, təəssüf ki, hələ də rayonlarda maliyyə şöbələrinin fəaliyyət göstərməsini müşahidə edirik. 

Bütün regionlardan seçilmişmillət vəkilləri həmişə bu problemi Milli Məclisin komitə və plenar iclaslarında qaldırır və büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi iradlar səsləndirirlər. Bəzi hallarda yerli icrahakimiyyəti orqanlarının göstərişi ilə büdcə vəsaitləri korrupsiya elementinə də çevrilə bilir. 

Azərbaycan üzrə 11 iqtisadi region olmaqla ayrı - ayrı maliyyə departamentləri yaradılmalıdır. Onları yerli icra hakimiyyəti orqanlarının tabeçiliyindən çıxarmaq lazımdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]