Əsas Səhifə / Yazarlar
Xoşqədəm Hidayətqızına qərəz, yoxsa populyarlığına qısqanclıq?
16-11-2016, 12:39
Sosial şəbəkədə, çayxanada, işdə, evdə... gücü çatan, çatmayan əlinə bir "balta" alıb Xoşqədəm Hidayətqızını baltalayır. Bu məqamda siravi televiziya tamaşaçılarını hardasa başa düşmək olar; bəs bu televiziya işçilərinə, efir meydançası görən təcrübəli jurnalistlərə, sayt müxbirlərinə nə düşüb, bilmirəm. Televiziyada işləyən hər kəs bilir ki, şou xarakterli verilişlərdə bu cür "sıroy kadr”ların yaranması adidən adi haldır. Və verilişin təsir gücünü artırmaq üçün hansısa bir dramatik səhnənin - şounun yaranması da dünya təəcürbəsində, efir məkanında məqbul sayılır. O da məlumdur ki, çəkiliş vaxtı efirə getməyən hissə montaj prosesində qayçılanıb, atılır. O lazımsız kadrlardan indi sosial şəbəkədə şou yaratmaq, işinin öhdəsindən lazımınca gələn bir vətən qızına qarşı tənqid, təhqir işlətmək ağlı başında olan heç kəsə yaraşmaz. Ən azından millət olaraq, islam dininin daşıyıcısı kimi qadın kultuna böyük dəyər veririk. İndi qadına qarşı bu cür kobudluq edib, hansı dəyərlərin sahibi olmuş oluruq?
Əlqərəz, bu barədə yazmalı olsaq, xəmir çox su aparar və ya sapı özümüzdən olan baltaların sayı çoxalmış olar.
Həzrət Abbas haqqı, mənim Xoşqədəm xanımla heç bir tanışlığım yoxdur. Televiziya sahəsində çalışmağıma baxmayaraq, heç zaman, heç yerdə görüşməmişik də. Sözün düzü, onun hazırladığı verilişlərin tamaşaçısı da olmamışam. Amma onun televiziyada gördüyü xeyli sayda işlər var ki, mən onu təqdir edirəm. Bizə görünən tərəflər bunlardır: O, Azərbaycan tamaşaçısını bir neçə il bundan öncə ərsəyə gətirdiyi layihəylə qazana bildi. Layihəsi uğursuz oldu desək, Allahsızlıq etmiş olarıq. Qısa vaxt ərzində kifayət qədər tamaşaçı sevgsini qazandı. "Səni axtarıraram" verlişinin adını tutub gələn nə qədər adamların gözü yollardan yığışdı, müşkülünə çarə tapıldı. Onun verilişinə ölkəmizin müxtəlif regionlarından, xarici ölkələrdən fərqli təbəqənin insanları üz tuturdular. Onlar Xoşqədəm Hidayətqızı ilə müxtəlif yollarla əlaqə qurmağa cəhd edirdilər. Bir sözlə, Xoşqədəm Hidayətqızı özünü Azərbaycan teleməkanında aparıcı olaraq brendə çevirə bilmişdir.
Dünənə qədər verilişlərinə baxaraq ağlayıb bütün itginlərimizi bizə xatırladan, hər evindən, elindən, məmləkətindən ayrı düşüb diriyikən ölü həyatı yaşayanlarımızı vətənə gətirəndə "Xoşqədəm Hidayətqızı cənnəti bu dünyada qazanır" - dediyimiz jurnalist deyilmi, bu xanım əfəndi? İndi bir sroy çəkilişə görə, onun gördüyü xeyirxahlığın, zəhmətin - yuxusuz gecələrin, gərgin axtarışların, həyacanlı anların üstündən xətmi çəkək, deyirsiniz? Olmaz belə, olmaz, millət!
İstər yerli, istərsə də xarici kanallarda baxdığımız hansı verilişlərdə şou yoxdur? Senzura olmayan, reklama işləyən bütün kanallarda mətbəx və musiqili verilişlərdən savayı heç bir keyfiyyətli efir saatına rast gəlmək mümükün deyil. İnsanların sosial problemləri, qayğıları, evlənib- boşanmaları nə zamandan televiziya aparıcılarının səlahiyyətində olub?
O verilişlərə gedib nicat axtaran tamaşaçı anlamırmı televiziya polis, məhkəmə deyil ki, problem həll etsin. Efirdə kifayət qədər bu cür tamaşaçını aldadan verilişlər var. Onların "sıroy material”ları bir kənara qalsın, əgər televiziyalarda senzura yaradılsa, televizya ekspertləri bu dediklərimi təhlil etsə, o zaman Xoşqədəm Hidayətqızının internetdə yayılmış "sıroy kadr”larına şükür edərsiniz.
Bir haşiyəyə çıxım: Yaxın tanışım var. Səsyazma studiyasında çalışır. Söhbətlərimizin birində dedi ki, dəli şeytan deyir, yanıma gələn müğənnilərin "sıroy səs”lərini internetə yerləşdirim. İndi siz təəsvvür edin. O "sıroy səs”lər internetə sızdırılsa, ortada hansı mənzərə yaranar? Müğənnilərin "sıroy səs”lərini eşitsəniz sevdiyiniz müğənniləri bir daha dinləməzsiniz. Tam əminliklə deyirəm, dinləməzsiniz.

Savalan Talıblı