Oqtay Gülalıyevə xarici pasport verilmir

  • 01:25, 07-noy-2016
  • Siyasət
  • 206

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin barəsində cinayət işi bağlansa da ona xarici pasport vermirlər. Hüquq müdafiəçisi Turan-a bildirib ki, iki həftə öncə Sabirabad polisi 2012-ci ildə ona qarşı uydurma ittihamla başlanmış cinayət işini bağlayıb. Ona bildirilib ki, xaricə getməsinə heç bir əngəl yoxdur.

Ancaq bu gün ASAN xidmət onun ölkədən çıxışına qadağanı əsas gətirərək pasport verməkdən imtina edib.

Bu, belə hesab etməyə əsas verir ki, cinayət işinin bağlanması hakimiyyətin kələyidir. Onlar bu cür bəyanatı Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin 26 oktyabr iclası ərəfəsində veriblər ki, Azərbaycana qarşı sanksiya götürülsün.

Həmçinin iclas ərəfəsində hakimiyyət O.Gülalıyevin rəhbərlik etdiyi QHT-ni başqa adla qeydiyyata alıb.

Hüquq müdafiəçisi xatırladıb ki, oktyabrın 14-də onu DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırıblar və "Nardaran ekstremistlərini” müdafiə etməməyi tələb ediblər.

Hüquq müdafiəçisinə işarə ediblər ki, ona "düz yola qayıtmaq üçün şans veriblər, əks halda cinayət işi daha ağır formada bərpa oluna bilər




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz