İdman

Rafael Ağayev 5 qat dünya çempionudur

29-10-2016, 22:34
Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.

Xatırladaq ki, 13 qat Avropa çempionumuz  finala qədər Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistandan və İran idmançılarını mübarizədən kənarlaşdırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]