Nəsimi rayonunda Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun
vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün
təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam
etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə
çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə
göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan
Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon
layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Rayon rəhbərliyi, rayonun
idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat
xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon
ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.
İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri
görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada
əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb
olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su
xətti çəkilmiş, biomüxtəlifliyin artırılması və rayonun florasının daha
da zənginləşdirilməsi məqsədi ilə yerli ağac və gül kolları alınmışdır.Keçirilən
aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilmiş, əvvəl əkilmiş ağaclara
qulluq göstərilmişdir.
Moskva
pospekti, 20 yanvar və Asif Məhərrəmov
küçələri boyunca yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji
tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının
təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin
gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı
olmuşdur. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi
olaraq keçirilməsi nəzərdə tutulmuşdur.