Dünya

Filippin prezidenti: “Tüpürüm insan hüquqlarına”

17-10-2016, 22:31
Filippinin qalmaqallı fikirləri və ifadələri ilə məşhurlaşmış prezidenti Rodriqo Duterte "Əl-Cəzirə” telekanalına müsahibəısində bildirib ki, ölkədə davam edən narkotiklərlə mübarizə çərçivəsində heç bir insan hüququndan söhbət gedə bilməz. "Tüpürüm insan hüquqlarına”, - prezident deyib.

Virtualaz.org xəbər verir ki, müsahibəsində Duterte narkotik qəbul etməkdə günahlandırılaraq məhkəməsiz öldürülmüş, içərisində uşaqların da olduğu 3500 filippinlini "kənar zərər” adlandırıb.

"Mənim ölkəmi dağıtmaq arzunuz olacaqsa, sizi öldürəcəyəm”, - dövlət başçısı deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]