Media

Hamı dağılışdı, ANS rəhbərliyi niyə susub? - Sirr

17-10-2016, 18:11
Fəaliyyəti qadağan edilən ANS televiziyasının əməkdaşları artıq başqa Kütləvi İnformasiya Vasitələrində (KİV) özlərinə iş yeri tapırlar.

Politika.Az xəbər verir ki, xəbərlər proqramının aparıcısı Əfsanə Mehdiyeva bundan sonra Space TV-də çalışacaq. 

Ə.Mehdiyevaya qədər də həm "Xəbərçi” proqramının, həm digər verilişlərin aparıcıları telekanalla birdəfəlik ayrılıblar. 

Bu qopmalar göstərir ki, artıq telekanal rəhbərliyi də, əməkdaşları da qərarla barışıblar. 

Artıq ANS rəhbərliyi - Mirşahin və Vahid Naxış da nə açıqlama verir, nə narahatlıqlarını dilə gətirirlər. 

Bu susqunluqdan çıxan iki nəticə var: ya ANS rəhbərliyi taleyi ilə barışıb, ya da onlara bir müddət susaraq gözləmək məsləhət olunub.

Hər halda Ali Məhkəmənin qərarından sonar ANS hər hansı addım atmayıb. Telekanal rəhbəri Avropa Məhkəməsinə də müraciət etməyi düşünmür. 

Bu günə kimi hakimiyyətə dəstək verən, prezidentin fəaliyyətini təqdir edən, hətta zaman-zaman iqtidara qarşı olan daxildəki və xaricdəki qüvvələri topa tutan Mir Şahin indi niyəsə ətraflı danışmaq istəmir. Görünür, bir bildiyi var...

Ölkənin ilk müstəqil telekanalının heç vaxt fəaliyyətini bərpa edə bilməyəcəyi də istisna olunmur. axili işlər naziri Ramil Usubovun Türkiyədəki çıxışı da bunu deməyə əsas verir. 

Nazir çıxışında bir neçə qəzetin və ANS televiziyasının bağlandığını vurğulayıb. Həmçinin, bu media orqanlarının Fətullah Gülənin təşkilatına dəstək verdiyini açıqlayıb. 

DİN rəhbərinin çıxışı kifayət edir ki, telekanalın taleyinin nə yerdə olduğu təsəvvürü yaransın. FƏTÖ-ya dəstəkdə ittiham olunan media orqanını yenidən işinə başlayacağı ən azı yaxın gələcəkdə görünmür. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]