Media

“ANS-in efirə qayıdacağına ümidimi itirməmişəm”

24-09-2016, 19:18
"İstənilən halda hər hansı media qurumunun, xüsusən ANS kimi çox baxılan xəbər kanalının bağlanması pis qərardır. Ali Məhkəmənin bu qərarı təəssüf doğurur”.

Bunu Moderator.az-a tanınmış media eksperti, professor Qulu Məhərrəmli Ali Məhkəmənin ANS-lə bağlı qərarını şərh edərkən bildirib.

Qulu Məhərrəmli deyib ki, televiziya eksperti və tamaşaçı kimi ANS-i müstəqillik tariximizin ciddi mədəniyyət və jurnalistika hadisəsi hesab edir: "Düzdür, bu telekanalın 2006-cı ildən sonrakı fəaliyyəti əhalinin böyük bir hissəsini narazı salmışdı. Bunun da xeyli səbəbləri var idi. Bununla yanaşı, ANS təkcə mənim üçün yox, cəmiyyətimiz üçün mahiyyətcə yeni və  parlaq xəbər telekanalı idi. Mən onun yenidən efirə qayıdacağına ümidimi itirməmişəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]