İdman

Güləşçimiz hərbçilərin dünya çempionatında qızıl medal qazandı

23-09-2016, 21:42
Güləşçimiz hərbçilərin dünya çempionatında qızıl medal qazandı

Azərbaycan güləşçisi Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında qızıl medal qazanıb. 

71 kq çəkidə çıxış edən Həsən Əliyev finalda Rusiya idmançısı Adam Kuraka 3:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib çıxıb.

66 kq çəkidə çıxış edən Kamran Məmmədov rusiyalı A.Kiankinə finalda məğlub olaraq gümüş medal əldə edib.

59 kq-da Murad Məmmədov ukraynalı L.Miakgildən üstün olub və bürünc medala layiq görülüb.(Report)

Administratorla əlaqə

077 611-55-22

[email protected]