İdman

Kəmaləddin Heydərov qızıl qazanmayan məşqçini qovdu

14-09-2016, 23:04
Kəmaləddin Heydərov qızıl qazanmayan məşqçini qovdu
Boks üzrə böyüklərdən ibarət yığma komandamızın kubalı baş məşqçisi Pedro Roke postundan uzaqlaşdırıla bilər.

AzNews.az-a daxil olan məlumata görə, bununla bağlı Azərbyacan Boks Federasiyasında iclas keçirilib və müzakirələr aparılıb. Belə ki, boksçularımızın Rioda keçirilən olimpiya oyunlarında ümidləri doğrultmaması rəhbərliyi narazı salıb.

Bu səbəbdən də federasiya rəhbərliyi kubalı məşqçi ilə yollarını ayırmaq qərarına gəlib. Məlumata görə, məsələ ilə bağlı Pedro Rokenin özünə də xəbərdarlıq edilib.

Azərbaycan boks millisi Rio-2016-ya 11 idmançı ilə yollanıb. Komanda üzvləri 2 medal – gümüş və bürünc qazanaraq ölkəyə dönüblər.

Qeyd edək ki, Azərbaycan boks federrasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]